Ana Sayfa > Özəl > Keçmiş futbolçu Nihat Kahveci saxlanıldı: Ailə zorakılığı iddiası araşdırılır
Keçmiş futbolçu Nihat Kahveci saxlanıldı: Ailə zorakılığı iddiası araşdırılırBu gün, 13:49. Yazar: vasif |
![]() Türkiyənin sabiq milli futbolçusu və idman şərhçisi Nihat Kahveci ailə zorakılığı iddiası ilə saxlanılıb. İddialara görə, hadisə restoranlardan birində baş verib. Bildirilir ki, Kahvecinin həyat yoldaşı Fulya Kahveci ilə mübahisə zamanı ona şillə vurduğu və şüşə atdığı irəli sürülür. Hadisədən sonra polis əməkdaşları tərəfindən sabiq futbolçu saxlanılıb və araşdırmalara başlanılıb. Qeyd edək ki, hazırda hadisə ilə bağlı istintaq davam edir. İrəli sürülən iddiaların hüquqi qiymətləndirilməsi aparılır və rəsmi araşdırmanın nəticələri gözlənilir. Geri dön |