Ana Sayfa > Ölkə > Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilirBu gün, 12:37. Yazar: Subhan |
![]() 172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, paytaxtın Bilgəh qəsəbəsi, Respublika küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. Məhdudiyyət səbəbindən 14–16 iyul tarixlərində 172 nömrəli müntəzəm marşrutun hərəkəti Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) – Bilgəh–Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə təşkil edilir. aia.az Geri dön |