Ana Sayfa > İdman > 11 ildən sonra gözlənilən ilk transfer

11 ildən sonra gözlənilən ilk transfer


29-03-2017, 14:51. Yazar: admin
11 ildən sonra gözlənilən ilk transfer



"Çelsi" rəhbərliyi baş məşqçi Antonio Konte ilə yeni müqavilə imzalamağa hazırlaşır.

AİA.Az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis həm bunu, həm də yeni transfer məsələsini müzakirə etmək üçün klubun sahibi Roman Abramoviçlə görüşüb.

Yeni sazişə ilkin razılıq verən təcrübəli mütəxəssisin Abramoviçdən istədiyi ilk futbolçu "Arsenal"ın hücumçusu Aleksis Sançes olub. Baş məşqçi Arsen Vengerlə yola getmədiyi və yeni müqavilə üçün maaşının artırılmasını tələb edən çilili futbolçunun yayda "Arsenal"dan ayrılması gözlənilir. Həftəlik məvacibi 130 min funt-sterlinq olan Sançes "topçular"dan 250 min tələb edir. "Arsenal"dan fərqli, "Çelsi" bu məbləği ona verməyə hazırdı. Ancaq PSJ, "Yuventus" və "İnter"in də 28 yaşlı ulduz futbolçunun keçidində maraqlı olmaları "zadəganlar"ın işini çətinləşdirir.

"Arsenal" rəhbərliyi yeni müqaviləyə razılıq verməyəcəyi təqdirdə, onu 55 milyon avroya satmağı planlaşdırır. Çünki futbolçunun klubla anlaşma müddəti gələn ilin yayına qədərdi. Bu keçid baş tutarsa, "Çelsi" 2006-cı ildən sonra ilk dəfə Londonun digər təmsilçisi "Arsenal"dan oyunçu almış olacaq. Sonuncu dəfə 11 il əvvəl Eşli Koul "kanonirlər"i "mavilər"ə dəyişib.

Qeyd edək ki, Antonio Kontenin transfer siyahısındakı digər futbolçular David Alaba ("Bavariya"), Aleks Sandro ("Yuventus"), Romelu Lukaku ("Everton") və Aleks Moratadı ("Real").

AİA.az
Geri dön