Ana Sayfa > Dünya > Türkiyəyə F-35 satışı mümkündür
Türkiyəyə F-35 satışı mümkündürBu gün, 18:02. Yazar: Subhan |
![]() Türkiyəyə F-35 qırıcılarının satışı mümkündür və bu razılaşmanın baş tutacağını gözləyirəm. aia.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib. "Türkiyə ordusu NATO-nun yüksək döyüş qabiliyyətinə malik və Qərb sisteminə inteqrasiya olunmuş müttəfiqlərindən biridir. ABŞ-ın bu məsələdə "qırmızı xətləri" olsa da, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35-lərin satışı ilə bağlı düzgün razılaşma əldə edə biləcək. Razılaşma təsdiqlənsə belə, təyyarələrin tədarükü dərhal baş verməyəcək. ABŞ qanunvericiliyinə əsasən, Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri F-35 satışının qarşısındakı əsas maneələrdən biridir və Tramp bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edir”. aia.az Geri dön |