Ana Sayfa > Karusel / Gündəm > Nazir Rəşad Nəbiyev iyulun 20-də Xaçmazda vətəndaşları qəbul edəcək
Nazir Rəşad Nəbiyev iyulun 20-də Xaçmazda vətəndaşları qəbul edəcəkBu gün, 16:36. Yazar: azer |
![]() Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 20 iyul 2026-cı il tarixində saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək. Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. aia.az xəbər verir ki, qəbula 17 iyul 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür. Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda iyul ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək. Geri dön |