Ana Sayfa > Özəl > Paşinyan məzuniyyətini Qafanda keçirir
Paşinyan məzuniyyətini Qafanda keçirirBu gün, 15:10. Yazar: vasif |
![]() Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyəti dövründə Qafana yollanıb. O, sosial şəbəkə hesabında "Biz getdik" qeydi ilə video paylaşaraq səfərinə işarə edib. Erməni KİV-in məlumatına görə, Paşinyan iyulun 10-dan 29-dək davam edəcək məzuniyyətinin bir hissəsini Ermənistanın cənubunda yerləşən Qafan şəhərində keçirəcək. Qeyd edək ki, ötən il Ermənistan mətbuatında Paşinyanın həyat yoldaşı Anna Akopyanla birlikdə Antalyada istirahət etdiyi və bahalı oteldə qalmasının ölkədə geniş müzakirələrə səbəb olduğu bildirilmişdi. Bu dəfə isə Paşinyanın ailəsi ilə deyil, təkbaşına Qafana getdiyi qeyd olunur. Qafan şəhəri Ermənistanın Sünik (tarixi Zəngəzur) bölgəsində yerləşir və Azərbaycanla sərhədə yaxın ərazilərdən biridir. Tarixi baxımdan bölgə uzun illər azərbaycanlıların da yaşadığı yaşayış məntəqələri ilə tanınıb və bu səbəbdən Cənubi Qafqazın həssas bölgələrindən biri hesab olunur. Geri dön |