Ana Sayfa > Özəl > İddia: Rusiyada müəssisələr qarşısında yeni tələb – ya müqaviləli hərbçi, ya da ödəniş

İddia: Rusiyada müəssisələr qarşısında yeni tələb – ya müqaviləli hərbçi, ya da ödəniş


Dünən, 20:12. Yazar: vasif
İddia: Rusiyada müəssisələr qarşısında yeni tələb – ya müqaviləli hərbçi, ya da ödəniş




Rusiyanın bəzi regionlarında müəssisələrdən Ukrayna müharibəsi üçün müqaviləli hərbi xidmətə namizədlər cəlb etmələrinin, əks halda isə maliyyə ödənişi etmələrinin tələb olunduğu iddia edilir.

Məlumata görə, Buryatiyanın Muysk rayonunda müəssisələr üçün işçilərin sayına uyğun kvotalar müəyyənləşdirilib. İddialara əsasən, bu sistem yalnız Buryatiya ilə məhdudlaşmır və digər regionlarda da oxşar mexanizmlər tətbiq olunur.

Bildirilir ki, müəssisələr tələb olunan sayda namizəd təqdim edə bilmədikdə və ya bunu istəmədikdə, hər namizəd üçün müəyyən məbləğdə vəsait ödəmək variantı təklif edilir. İddialara görə, bu məbləğ regiondan və tətbiq olunan qaydalardan asılı olaraq dəyişə bilir.

Sibir bölgəsində fəaliyyət göstərdiyi bildirilən bir sahibkar da oxşar təcrübənin mövcud olduğunu iddia edib. Onun sözlərinə görə, əvvəllər müəssisədən hər ay müəyyən sayda müqaviləli hərbçi göndərilməsi tələb olunurdu, hazırda isə plan yerinə yetirilmədiyi halda maliyyə ödənişi istənilir.

Qeyd edək ki, bu məlumatlar media orqanlarının və anonim mənbələrin iddialarına əsaslanır. Rusiya rəsmiləri tərəfindən bununla bağlı rəsmi təsdiq təqdim olunmayıb.

Geri dön