Ana Sayfa > Özəl > Lavrovun Tehran səfəri gözlənilir: Danışıqların mümkün gündəliyi açıqlandı

Lavrovun Tehran səfəri gözlənilir: Danışıqların mümkün gündəliyi açıqlandı


Dünən, 19:52. Yazar: vasif
Lavrovun Tehran səfəri gözlənilir: Danışıqların mümkün gündəliyi açıqlandı



Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yaxın vaxtlarda İrana səfər edəcəyi gözlənilir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Gözlənilən səfər regionda geosiyasi proseslərin intensivləşdiyi, Moskva ilə Tehran arasında strateji əməkdaşlığın genişləndiyi bir dövrə təsadüf edir. Müşahidəçilərin fikrincə, görüşlərdə regional təhlükəsizlik, Yaxın Şərqdəki vəziyyət, Cənubi Qafqazda baş verən proseslər və ikitərəfli əməkdaşlığın inkişafı əsas müzakirə mövzuları ola bilər.

Siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Rusiya nümayəndə heyətinin İrana səfəri mövcud geosiyasi şəraitdə təbii prosesdir. Onun sözlərinə görə, Moskva və Tehran beynəlxalq münasibətlərdə bir sıra ortaq maraqları bölüşür və bu amil iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır.

Ekspert bildirib ki, regionda dəyişən təhlükəsizlik mühiti fonunda Azərbaycan da balanslaşdırılmış xarici siyasətini davam etdirməli, milli maraqlarını qorumaqla yanaşı, regional qarşıdurmalardan kənarda qalmağa çalışmalıdır.

Geri dön