Ana Sayfa > Özəl > Zaxarova: Rusiya ilə Ermənistanı xüsusi münasibətlər birləşdirir
Zaxarova: Rusiya ilə Ermənistanı xüsusi münasibətlər birləşdirirDünən, 19:19. Yazar: vasif |
![]() Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskva ilə İrəvan arasında münasibətlərin xüsusi xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Rusiya Ermənistanı təkcə suveren dövlət kimi deyil, həm də ortaq tarix, ailə bağları, humanitar əlaqələr və insanların taleləri ilə sıx bağlı ölkə kimi dəyərləndirir. Zaxarova qeyd edib ki, iki ölkəni ortaq mədəni məkan və uzun illərə söykənən münasibətlər birləşdirir. O, bu əlaqələrin geosiyasi maraqlardan daha geniş məna daşıdığını vurğulayıb. Rusiya XİN sözçüsü həmçinin iddia edib ki, Prezident Vladimir Putin müxtəlif dövrlərdə regionda münaqişələrin dayandırılması, Ermənistana dəstək göstərilməsi və ölkənin inkişafına töhfə verilməsi istiqamətində addımlar atıb. Geri dön |