Ana Sayfa > Özəl > Bodrumda restoranda silahlı insident: Bir nəfər öldü

Bodrumda restoranda silahlı insident: Bir nəfər öldü


Bu gün, 14:47. Yazar: vasif
Bodrumda restoranda silahlı insident: Bir nəfər öldü




Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində yerləşən restoranlardan birində baş verən silahlı insident faciə ilə nəticələnib.

Məlumata görə, hadisə gecə saatlarında baş verib. Açılan atəş nəticəsində 28 yaşlı Türkiyə vətəndaşı aldığı güllə yaralarından hadisə yerində həyatını itirib.

Hadisədən sonra silahlı şəxs ərazidən qaçıb. Hüquq-mühafizə orqanları şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Hazırda insidentin başvermə səbəbləri və hadisənin bütün təfərrüatları araşdırılır.

Geri dön