Ana Sayfa > Dünya > Qətərdə 4 günlük matəm elan edildi
Qətərdə 4 günlük matəm elan edildiBu gün, 14:38. Yazar: vasif |
![]() Qətər Əmirinin Dəftərxanası keçmiş dövlət başçısı şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar ölkədə dörd günlük ümummilli matəm elan edib. “aia.az” xəbər verir ki, matəm iyulun 12-dən etibarən qüvvəyə minib. Dörd gün ərzində Qətərin bütün ərazisində dövlət bayraqları yarıyadək endiriləcək. Bundan əlavə, iyulun 13-dən etibarən ölkədəki nazirliklərin, hökumət idarələrinin və digər dövlət müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Dövlət qulluqçuları iyulun 19-dan etibarən yenidən öz vəzifələrinin icrasına qayıdacaqlar. Geri dön |