Ana Sayfa > Dünya > İtaliyada Rusiya üçün işləyən casus şəbəkəsi ifşa olundu
İtaliyada Rusiya üçün işləyən casus şəbəkəsi ifşa olunduBu gün, 14:22. Yazar: vasif |
![]() İtaliya prokurorluğu Rusiyanın hərbi kəşfiyyatı üçün Qərbin Ukraynaya verdiyi hava hücumundan müdafiə sistemləri barədə məlumat toplayan casus şəbəkəsinin fəaliyyətini araşdırır. "Defense News" nəşrinin istintaq materiallarına istinadən yaydığı məlumata görə, işdə əsas şübhəli şəxs İtaliya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Qavino Pirasdır. aia.az xəbər verir ki, istintaq Pirasın məlumatları Rusiyanın Romadakı hərbi attaşesi, GRU əməkdaşı olduğu bildirilən Mixail Astakova ötürdüyünü müəyyən edib. İddiaya görə, tərəflər gizli görüşlər zamanı divardakı dəlik vasitəsilə microSD yaddaş kartlarını mübadilə edib və Piras hər məlumat paketi üçün 4 min avro nağd pul alıb. İstintaq materiallarına əsasən, Rusiya tərəfi xüsusilə SAMP/T hava hücumundan müdafiə sistemləri, MBDA CAMM-ER raketləri, "Michelangelo Dome" kompleksi, İtaliyanın "Storm Shadow" raketlərini almaq planları, İtaliya, Aİ və NATO-nun yenidən silahlanma proqramları, həmçinin Ukraynaya uzaqmənzilli raketlərin istehsalında göstərilən dəstək ilə maraqlanıb. Bundan başqa, "Leonardo" sualtı dronu və raket mühərrikləri istehsal edən "Avio" şirkəti haqqında da məlumat tələb olunub. Pirasın vəkili müvəkkilinin məxfi məlumat ötürmədiyini iddia etsə də, İtaliya hakimiyyəti Astakov daxil olmaqla iki rusiyalı hərbi attaşenin ölkədən çıxarıldığını elan edib. İtaliyanın xarici işlər naziri Antonio Tayani Moskvanın Qərb ölkələrinə qarşı hibrid müharibə metodlarından istifadə etməyə davam etdiyini bildirib. Geri dön |