Ana Sayfa > Ölkə > Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutubBu gün, 15:31. Yazar: azer |
![]() Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında geniş fikir mübadiləsi aparıb. Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Ə.Vəliyev 7 və 9 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlərlə yerindəcə tanış olub. Eyni zamanda, R.Rüstəmov küçəsi 76B və E.Süleymanov 114 ünvanında yerləşən, Birinci Qarabağ müharibəsi qaziləri, veteranlar və şəhid ailələri üçün inşa edilmiş yaşayış binasında sakinlərlə görüş keçirilib. Görüş zamanı Birinci Qarabağ müharibəsi qaziləri Mərdan Şahıyev və Ədalət Gülməmmədov başda olmaqla sakinlərin müraciət və təklifləri, onları narahat edən məsələlər diqqətlə dinlənilib, problemlərin həlli istiqamətində görüləcək işlər və atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Verilən məlumata görə, vətəndaşların görüşlər zamanı deputat Könül Nurullayevaya ünvanladıqları bütün müraciətlər səlahiyyətləri çərçivəsində qeydiyyata götürülüb və ən qısa zamanda aidiyyəti üzrə müvafiq qurumlara göndəriləcək. Geri dön |