Ana Sayfa > Dünya > Uran bizə verilməsə, İranla heç bir razılaşma olmayacaq – Ağ Ev rəsmisi
Uran bizə verilməsə, İranla heç bir razılaşma olmayacaq – Ağ Ev rəsmisiBu gün, 09:38. Yazar: vasif |
![]() Vaşinqton administrasiyası Tehran zənginləşdirilmiş uran ehtiyatını ABŞ-a təhvil verməyə razı olmadığı təqdirdə İranla yekun razılaşma əldə olunmasını istisna edib. Reuters xəbər verir ki, bunu jurnalistlərə ABŞ rəsmisi brifinqdə deyib: "Sadəcə aydınlaşdırmaq istəyirəm ki, əgər biz nüvə tozunu almasaq (ABŞ administrasiyası zənginləşdirilmiş uranı "nüvə tozu" adlandırır – red.), İranla razılaşma əldə etməyəcəyik Reuters agentliyinin məlumatına görə, ABŞ rəsmisi Tehranın tabe olmaqdan imtina edəcəyi təqdirdə ABŞ-ın hərəkətlərinə toxunaraq əlavə edib: "Bizim bir çox variantımız var". Geri dön |