Ana Sayfa > Ölkə > Zeynəbin axtarışlarına helikopter cəlb edildi - Video
Zeynəbin axtarışlarına helikopter cəlb edildi - VideoDünən, 21:09. Yazar: vasif |
![]() Xəbər verildiyi kimi 6 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Bildirilir ki, axtarışlar FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək. Geri dön |