Ana Sayfa > Manşet / Ölkə > Deputat Azər Kərimli Zaqatala və Balakən rayonlarının təbii fəlakətdən ziyan çəkmiş kəndlərində yerli sakinlərlə görüşüb

Deputat Azər Kərimli Zaqatala və Balakən rayonlarının təbii fəlakətdən ziyan çəkmiş kəndlərində yerli sakinlərlə görüşüb


Dünən, 21:28. Yazar: azer
Deputat Azər Kərimli Zaqatala və Balakən rayonlarının təbii fəlakətdən ziyan çəkmiş kəndlərində yerli sakinlərlə görüşüb

Milli Məclisin deputatı Azər Kərimli Zaqatala və Balakən rayonlarında sel sularının yaratdığı təbii fəlakətdən ziyan çəkmiş kəndlərdə yerli sakinlərlə görüşüb.

aia.az xəbər verir ki, bu barədə məlumat millət vəkilinin sosial şəbəkə hesabında paylaşılıb. Deputat Azər Kərimli: “Sel sularının fəsadlar törətdiyi Zaqatala rayonunun Maqov, Yolayrıc, Höytala, Danaçı və Car, həmçinin Balakən rayonunun Katex, İtitala və Kortala kəndlərində olduq, sakinlərlə görüşdük, yaranmış vəziyyətlə yerində tanış olduq. Sakinlərin müraciətlərini dinlədik, onları narahat edən məsələləri müzakirə etdik. Aidiyyəti qurumlarla əlaqə saxlanılaraq dəymiş zərərin aradan qaldırılması və bərpa işlərinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün lazımi müraciətlər ediləcək.”
Geri dön