Ana Sayfa > Özəl > Meyvə və tərəvəzlərin dadı niyə əvvəlki kimi deyil? – Aqrar ekspertdən izah
Meyvə və tərəvəzlərin dadı niyə əvvəlki kimi deyil? – Aqrar ekspertdən izahDünən, 22:12. Yazar: vasif |
![]() Son illər meyvə və tərəvəzlərin əvvəlki dadını itirməsi ilə bağlı səslənən fikirlər yenidən müzakirə mövzusuna çevrilib. Mütəxəssislər bildirirlər ki, bu tendensiya yalnız Azərbaycana deyil, dünyanın bir çox ölkəsinə xas olan qlobal kənd təsərrüfatı prosesləri ilə bağlıdır. Aqrar ekspertlərin sözlərinə görə, dünya əhalisinin artması ərzaq məhsullarına tələbatı da yüksəldib. Bu səbəbdən istehsalçılar daha yüksək məhsuldarlıq verən hibrid toxumlardan və müasir aqrotexnologiyalardan daha geniş istifadə etməyə başlayıblar. Ekspertlər qeyd edirlər ki, hibrid sortlar məhsuldarlıq, xəstəliklərə davamlılıq və uzunmüddətli saxlanma baxımından üstünlük qazansa da, bəzi hallarda ənənəvi yerli sortlarla müqayisədə dad və ətrində fərqlər hiss oluna bilər. Bununla yanaşı, mütəxəssislər yerli toxum genefondunun qorunmasının strateji əhəmiyyət daşıdığını vurğulayırlar. Onların fikrincə, milli sortların saxlanılması həm bioloji müxtəlifliyin qorunması, həm də gələcəkdə yüksək keyfiyyətli məhsul istehsalının davamlılığı baxımından vacibdir. Ekspertlərin qənaətinə görə, müasir aqrotexnologiyalarla yerli sortların qorunması arasında balansın yaradılması həm məhsuldarlığın artırılmasına, həm də istehlakçıların keyfiyyət və dad gözləntilərinin qarşılanmasına imkan verə bilər. Geri dön |