Ana Sayfa > Cəmiyyət / Karusel > Bakıda FACİƏ: qardaşının qan içində qalmış meyitini tapdı - YENİLƏNİB

Bakıda FACİƏ: qardaşının qan içində qalmış meyitini tapdı - YENİLƏNİB


29-03-2017, 11:53. Yazar: admin
Bakıda FACİƏ: qardaşının qan içində qalmış meyitini tapdı - YENİLƏNİB


11:20

Bakıda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonunda yaşadığı evdə damarlarını kəsərək həyatına son qoyan 57 yaşlı Baba Babayev gözətçi işləyirmiş. Dünən axşam saatlarında B.Babayevin yaşadığı evə gələn qardaşı onun yataq otağında qan içində qalmış meyitini aşkarlayıb. Məlum olub ki, B.Babayev ülgüclə damarlarını kəsərək intihar edib.

Hadisə vaxtı B.Babayevin həyat yoldaşı və övladları işdə olub. Onun hansı səbəbdən həyatına son qoyması hələlik tam aydınlaşmayıb.

----------

09:45

Bakıda intihar hadisəsi baş verib.

AİA.Az xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Anaşkin küçəsi 8 A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 57 yaşlı Baba Fərhad oğlu Babayev qollarında damarlarını doğrayıb. Nəticədə o, hadisə yerində keçinib.

B.Babayevin özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

O, üç uşaq atası olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

AİA.az
Geri dön