Ana Sayfa > Özəl > NASA ilə bağlı yeni iddia: Astronavtlara UNO müşahidələri barədə susmaq tapşırılıb?

NASA ilə bağlı yeni iddia: Astronavtlara UNO müşahidələri barədə susmaq tapşırılıb?


Dünən, 21:13. Yazar: vasif
NASA ilə bağlı yeni iddia: Astronavtlara UNO müşahidələri barədə susmaq tapşırılıb?



NASA-nın Ay missiyalarında iştirak edən astronavtlara naməlum uçan obyektlərlə (UNO) bağlı müşahidələrini ictimaiyyətə açıqlamamaq barədə göstəriş verdiyi iddiası yenidən gündəmə gəlib.

İddialara görə, Ay missiyalarında iştirak edən bəzi astronavtların bu mövzuda məlumat paylaşmaması üçün məxfilik sənədləri imzaladığı irəli sürülür.

Bu iddiaların əsas mənbəyi NASA ilə əməkdaşlıq etmiş "Philco Ford Aerospace" şirkətinin keçmiş əməkdaşı Donna Heyrin illər əvvəl verdiyi açıqlamalardır. O bildirib ki, astronavtların uçuş zamanı naməlum obyektlər gördüyü və bu barədə məlumatların ictimaiyyətə açıqlanmadığı iddia olunub.

Heyrin səsləndirdiyi iddialar arasında Ay səthinə eniş zamanı naməlum uçuş aparatlarının müşahidə edilməsi və astronavtların bu barədə danışmaması üçün məxfilik öhdəliyi götürdükləri də yer alır.

Qeyd edək ki, bu iddialarla bağlı NASA tərəfindən rəsmi təsdiq təqdim edilməyib və mövzu uzun illərdir müxtəlif fərziyyə və müzakirələrin predmetidir.

Geri dön