Ana Sayfa > Özəl > Netanyahu ailəsində ad dəyişikliyi müzakirə yaradır: Oğulları niyə yeni kimlik seçdi?
Netanyahu ailəsində ad dəyişikliyi müzakirə yaradır: Oğulları niyə yeni kimlik seçdi?Bu gün, 20:16. Yazar: vasif |
![]() İsrail Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yair Netanyahu rəsmi şəkildə adını dəyişib. Yerli medianın yaydığı məlumata görə, o, son həftələrdə sənədlərində adını Yonatan Xon olaraq yeniləyib. Məlumata əsasən, şəxsiyyət vəsiqəsinin nömrəsi dəyişməsə də, rəsmi ad dəyişikliyi İsraildə müxtəlif müzakirələrə səbəb olub. Bildirilir ki, Yair Netanyahu sosial şəbəkələrdə də əvvəllər oxşar addan istifadə edib. "Xon" soyadının isə ailənin ana xətti ilə bağlı olduğu qeyd edilir. Mətbuat həmçinin xatırladır ki, təxminən beş il əvvəl Benyamin Netanyahunun digər oğlu Avner Netanyahu da rəsmi adını dəyişərək Avi Seqal adından istifadə etməyə başlayıb. Məlumata görə, o, bu ad altında Böyük Britaniyada daşınmaz əmlak alıb. Qeyd olunur ki, Benyamin Netanyahu özü də 1980-ci illərdə ABŞ-da yaşadığı dövrdə Ben Nitay adından istifadə edib. O, bunu həmin dövrdə yerli mühitə uyğunlaşmaq və adının daha rahat tələffüz olunması ilə izah etmişdi. Netanyahu ailəsinin müxtəlif dövrlərdə etdiyi bu ad dəyişiklikləri İsrail ictimaiyyətində və mediada yenidən geniş müzakirə mövzusuna çevrilib. Geri dön |