Ana Sayfa > Özəl > Ərdoğanın hədiyyə etdiyi tapança ilə bağlı yeni paylaşım gündəm oldu
Ərdoğanın hədiyyə etdiyi tapança ilə bağlı yeni paylaşım gündəm olduBu gün, 20:00. Yazar: vasif |
![]() Macarıstanlı siyasətçi Peter Maqyar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Liderlər Zirvəsində ona hədiyyə etdiyi fərdiləşdirilmiş "Magnum" tapançası ilə bağlı daha bir paylaşım edib. Maqyar bu dəfə özünün və Macarıstanın Baş naziri Viktor Orbanın kovboy obrazında bir-birinə silah tuşladığını əks etdirən rəsmin önündə çəkdirdiyi fotonu sosial media hesabında yayımlayıb. Paylaşımında "Həyatımın ən qəribə hədiyyəsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan aldım" ifadəsini işlədən siyasətçi, 2024-cü ildə çəkilmiş həmin tabloya istinad edərək "Bu rəsm indi tamamilə yeni məna qazanıb" sözlərini yazıb. Xatırladaq ki, Peter Maqyar bundan əvvəl də NATO Zirvəsində Ərdoğan tərəfindən ona təqdim edilən, üzərində adının həkk olunduğu "Magnum" tapançasının fotosunu paylaşaraq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Geri dön |