Ana Sayfa > Özəl > ABŞ-dan iki istiqamətli strategiya: Həm danışıq, həm də İrana yeni zərbə hazırlığı
ABŞ-dan iki istiqamətli strategiya: Həm danışıq, həm də İrana yeni zərbə hazırlığıBu gün, 19:16. Yazar: vasif |
![]() ABŞ administrasiyası Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik təmasları davam etdirsə də, zərurət yaranacağı təqdirdə İrana qarşı yeni hərbi əməliyyat keçirməyə hazır olduğunu bildirib. CNN-in mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Silahlı Qüvvələri əlavə zərbələr endirmək imkanını qoruyur. Bununla yanaşı, Vaşinqton hazırkı mərhələdə böhranın diplomatik yollarla həllinə üstünlük verməyə çalışır. Məlumatda qeyd olunur ki, regiondakı vəziyyət sürətlə dəyişir və hadisələrin gedişindən asılı olaraq İrana qarşı yeni hərbi zərbələrin endirilməsi ehtimalı istisna olunmur. Hazırda ABŞ həm diplomatik kanalları açıq saxlamağa, həm də mümkün eskalasiya ssenarilərinə qarşı hərbi hazırlığını davam etdirməyə çalışır. Geri dön |