Ana Sayfa > Cəmiyyət / Karusel > Ailə qətliamı: eyni ailənin 5 üzvünü güllələdilər

Ailə qətliamı: eyni ailənin 5 üzvünü güllələdilər


29-03-2017, 11:14. Yazar: admin
Ailə qətliamı: eyni ailənin 5 üzvünü güllələdilər



Adananın Kozan mahalının Çokak məhəlləsində Hüseyn Doğana aid evə gələn naməlum şəxs, ya da şəxslər tüfənglə ailə üzvlərini öldürüb, qaçıblar.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, hadisə 20:30 radələrində baş verib. Deyilənlərə görə, 38 yaşlı Mehmet Doğan kəbinli xanımı Ayşe ilə birlikdə qardaşıgilə qonaq gedib.

Onlar Hüseyn Doğanın evində oturduqları əsnada naməlum şəxs, ya da şəxslər tüfənglə evə hücum ediblər. Nəticədə evdə olan 5 nəfər öldürülüb. Ölənlərdən biri uşaqdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AİA.az
Geri dön