Ana Sayfa > İdman > Fransa millisi ilk yarımfinalçı oldu

Fransa millisi ilk yarımfinalçı oldu


Bu gün, 09:10. Yazar: Subhan
Fransa millisi ilk yarımfinalçı oldu

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

aia.az xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda Fransa və Mərakeş milli komandaları üz-üzə gəliblər. Argentinalı FIFA referisi Fakundo Telyonun idarə etdiyi oyun Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 60-cı dəqiqədə Kilian Mbappe və 66-cı dəqiqədə Usman Dembele vurublar.

Bu nəticədən sonra yarımfinala yüksələn Fransa millisi növbəti raundda İspaniya - Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

aia.az
Geri dön