Ana Sayfa > Ölkə > Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılırBu gün, 14:21. Yazar: vasif |
![]() Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi tərəfindən çəyirtkələrin yayılmasının qarşısının alınması məqsədilə zərərvericilərə qarşı mübarizə tədbirləri ardıcıl şəkildə davam etdirilir. Son günlər Abşeron yarımadasında, xüsusilə dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə olunması ilə əlaqədar monitorinqlər aparılıb və yayıldığı sahələrdə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Ümumilikdə, 2026-cı ilin may-iyul ayları ərzində respublikanın müxtəlif ərazilərində çəyirtkəkimilərin müşahidə olunduğu 6819 ha ərazidə kimyəvi mübarizə tədbirləri icra olunub. Mübarizə tədbirlərinin həyata keçirildiyi ərazilərdə mütəxəssislər tərəfindən mütəmadi monitorinqlər aparılır, fitosanitar vəziyyət qiymətləndirilir və aşkar olunmuş ocaqlarda xüsusi texnika və müvafiq preparatlardan istifadə edilməklə kimyəvi mübarizə işləri həyata keçirilir. Bu tədbirlər çəyirtkələrin yayılmasının qarşısının alınmasına, kənd təsərrüfatı bitkilərinin, otlaq sahələrinin və təbii bitki örtüyünün mümkün zərərlərdən qorunmasına, həmçinin fitosanitar sabitliyin təmin edilməsinə xidmət edir. AXA tərəfindən çəyirtkə növlərinin müşahidə olunduğu digər ərazilərdə də vəziyyət daim nəzarətdə saxlanılır. Risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq zəruri hallarda operativ müdaxilə edilir, əlavə mübarizə tədbirləri görülür və zərərvericilərin yayılmasının qarşısının alınması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Qeyd edək ki, son illərdə çəyirtkələrin qonşu ölkələrdə daxil olmaqla daha geniş ərazilərdə yayılması qlobal və regional iqlim dəyişiklikləri ilə əlaqələndirilir. Havanın temperaturunun yüksəlməsi və mövsümi hava şəraitində baş verən dəyişikliklər zərərvericilərin çoxalması və yayılması üçün əlverişli şərait yaradır. Bu da onların yayılma arealının genişlənməsinə və yeni ərazilərdə müşahidə olunma hallarının artmasına səbəb olur. ![]() Geri dön |