Ana Sayfa > Manşet / Özəl > Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib
Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edibBu gün, 13:54. Yazar: azer |
![]() Milli Məclisin deputatı Novruzəli Aslanov 09 iyul 2026-cı il tarixində İsmayıllı rayonunda seçicilərlə görüşüb. aia.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Kürdmaşı kəndində baş tutub. Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib. Qəbuldan sonra Millət vəkili Şəhid Fərid Əliyevin ailəsini ziyarət edib Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Kürdmaşı kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |