Ana Sayfa > Özəl > Putin dizel ixracını dayandırdı – Rusiyada yanacaq böhranına qarşı fövqəladə qərar

Putin dizel ixracını dayandırdı – Rusiyada yanacaq böhranına qarşı fövqəladə qərar


Bu gün, 19:16. Yazar: vasif
Putin dizel ixracını dayandırdı – Rusiyada yanacaq böhranına qarşı fövqəladə qərar




Rusiyada yanacaq çatışmazlığı ilə bağlı yaranan vəziyyət fonunda prezident Vladimir Putin dizel yanacağının ixracının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Rusiya hökumətinin açıqlamasına görə, məhdudiyyət iyulun 31-dək qüvvədə olacaq və əvvəlki qərarlardan fərqli olaraq, dizel istehsalçıları da daxil olmaqla bütün bazar iştirakçılarına şamil ediləcək. Məqsəd daxili bazarda yanacaq təklifini artırmaq və yaranmış çatışmazlığı aradan qaldırmaqdır.

Baş nazirin müavini Aleksandr Novak bildirib ki, ölkədə benzin və dizel təchizatında yaranan problemlər səbəbindən Rusiya iyul ayı ərzində yanacaq idxalına da başlayacaq. Onun sözlərinə görə, son həftələr yanacaqdoldurma məntəqələrində müşahidə olunan vəziyyət ictimai narahatlığı artırıb və hökumət daxili bazarı sabitləşdirmək üçün əlavə tədbirlər görməyə məcbur olub.

Rəsmi məlumata əsasən, hökumətlərarası müqavilələr çərçivəsində həyata keçirilən yanacaq tədarükləri bu qadağadan kənarda qalacaq.

Qərarın son aylarda Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı zavodları və yanacaq anbarlarına endirdiyi zərbələrdən sonra qəbul edildiyi bildirilir. Həmin hücumlar bir sıra enerji obyektlərinin fəaliyyətini pozaraq ölkədə yanacaq təminatına mənfi təsir göstərib.

Geri dön