Ana Sayfa > İdman > “Beşiktaş” “Bavariya”nın qapıçısını transfer etdi
“Beşiktaş” “Bavariya”nın qapıçısını transfer etdiBu gün, 09:22. Yazar: Subhan |
![]() Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Bavariya” komandasının qapıçısı Aleksandr Nübel ilə müqavilə imzalayıb. aia.az “Hürriyet”ə istinadən xəbər verir ki, klub 29 yaşlı qolkiperlə 2028/2029-cu il mövsümünün sonunadək 3 illik müqavilə bağlandığını açıqlayıb. Məlumata görə, transfer üçün “Beşiktaş” kluba 6,5 milyon avro ödəyəcək. Müqavilədə əlavə olaraq 5 milyon avro bonus da nəzərdə tutulub. Qeyd edək ki, Aleksandr Nübel 2020-ci ildən “Bavariya”nın futbolçusu idi. O bu komandada cəmi dörd rəsmi oyunda iştirak edib. Son mövsümlərdə isə “Monako” və “Ştutqart” komandalarında icarə əsasında çıxış edib. Qapıçı Almaniya millisinin də üzvüdür. aia.az Geri dön |