Ana Sayfa > Dünya > İran qaranlığa qərq oldu - ABŞ dəhşətli zərbələr endirir
İran qaranlığa qərq oldu - ABŞ dəhşətli zərbələr endirirBu gün, 01:09. Yazar: vasif |
![]() ABŞ-ın İrana endirdiyi son hava zərbələrindən sonra İranın cənubundakı Çabahar liman şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb. aia.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi (IRNA) və digər yerli mənbələr, Çabaharda eşidilən partlayışlardan dərhal sonra şəhərin bir sıra hissələrində işıqların söndüyünü təsdiqləyib. Məlumatlara görə, partlayışlar Çabahar və yaxınlıqdakı Konarək şəhərlərində təxminən 10-a yaxın nöqtədə qeydə alınıb. Hazırda elektrik təchizatının kəsilməsi ilə bağlı araşdırmalar aparılır. Bu hadisə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüz boğazında kommersiya gəmilərinə qarşı edilən hücumlara cavab olaraq İranın 80-dən çox hərbi obyektinə, o cümlədən hava hücumundan müdafiə sistemləri və radar stansiyalarına endirdiyi genişmiqyaslı zərbələr fonunda baş verib. Geri dön |