Ana Sayfa > İdman > Gərginlikdən sonra üz-üzə gəldilər, görüşmədilər

Gərginlikdən sonra üz-üzə gəldilər, görüşmədilər


Dünən, 21:34. Yazar: vasif
Gərginlikdən sonra üz-üzə gəldilər, görüşmədilər


Bütün dünya NATO-nun Türkiyənin paytaxtı Ankarada keçirilən 36-cı Zirvə görüşünü və burada baş verən hadisələri, keçirilən görüşləri, səsləndirilən bəyanatları diqqətlə izləyir.
aia.az xəbər verir ki, sammitdə ən diqqətçəkən məqamlardan biri də son günlərdə ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Corcia Meloni arasında yaşanan gərginlikdir.

Birləşmiş Ştatlar lideri Alyansın zirvə toplantısı öncəsi Meloninin ünvanına bir sıra tənqidlər səsləndirib. O, “Social Truth” hesabında İtaliyanın Baş naziri ilə çəkilən birgə fotosunu paylaşaraq “Burada qadağa qərarı lazımdır” qeydini yazıb.

İki liderin münasibətlərində yaranan gərginlik NATO toplantısı zamanı da gündəm olub. Məhz bu səbədən C.Meloni liderlərin şam yeməyinə hamıdan gec gəlib. Bu diplomatik "siçan-pişik" oyunu NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının rəsmi ailə fotosessiyası zamanı da davam edib. Digər liderlərlə müqayisədə protokol zonasına bir qədər gec gələn İtaliyanın Baş naziri foto çəkilən zaman D.Trampdan mümkün qədər uzaqda dayanıb. C.Meloninin ispaniyalı həmkarı Pedro Sançesə yaxın olması, eyni zamanda ABŞ Prezidenti ilə məsafə saxlaması dünya mediasının diqqətindən yayınmayıb.

NATO liderlərinin ailə fotosessiyası zamanı D.Tramp əraziyə daxil olanda Corcia Meloni başını əks tərəfə çevirib. Bu da kameralara düşüb. Görüntülər qısa müddətdə sosial mediada trendə çevrilib.

İtaliyanın aparıcı qəzetlərindən olan “Corriere della Sera” iki lider arasındakı gərginliklə bağlı təəccüblü bir iddia yayıb. Nəşrin məlumatına görə, C.Meloni sammitin ev sahibi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Trampla üz-üzə görüşün yarada biləcəyi gərginlikdən və potensial yeni mübahisələrdən qaçmaqla bağlı müraciət edib. İddialara görə, Meloni xüsusilə sammitin protokolu hazırlananda, oturacaqlar qoyulanda D.Trampın yanında heç bir şəkildə əyləşdirilməməsinin təmin olunmasını istəyib.
Geri dön