Ana Sayfa > Manşet / Ölkə > Göydəniz Qəhrəmanov "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları: Regional Turizmin İnkişaf Perspektivləri" mövzusunda keçirilən görüşdə iştirak edib
Göydəniz Qəhrəmanov "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları: Regional Turizmin İnkişaf Perspektivləri" mövzusunda keçirilən görüşdə iştirak edibBu gün, 17:50. Yazar: azer |
![]() Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları: Regional Turizmin İnkişaf Perspektivləri" mövzusunda gənclərlə görüşdə iştirak etdim. Görüş zamanı ölkəmizdə regional turizmin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti, bölgələrimizin zəngin turizm potensialı, bu sahədə yaradılan infrastruktur və gənclər üçün formalaşan yeni imkanlar barədə fikirlərimi bölüşdüm. Qeyd etdim ki, regional turizmin inkişafı yalnız iqtisadi artıma deyil, eyni zamanda yeni iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın güclənməsinə, milli-mədəni irsimizin qorunmasına və bölgələrimizin davamlı inkişafına mühüm töhfə verir. Gənclərlə səmimi dialoq şəraitində keçən görüşdə onların suallarını cavablandırdıq, turizm sahəsində təşəbbüslərin dəstəklənməsi və dövlətin təqdim etdiyi imkanlar barədə ətraflı müzakirələr apardıq. Belə maarifləndirici görüşlərin gənclərin bilik və bacarıqlarının inkişafına, həmçinin ölkəmizin turizm sektorunun gələcəyinə mühüm töhfə verir. YAP Yasamal rayon təşkilatına görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkür edir, bütün gənclərimizə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Göydəniz Qəhrəmanov, Milli Məclisin deputatı Geri dön |