Ana Sayfa > Manşet / İqtisadiyyat > SOCAR-ın prezidenti Zimbabve Respublikası Milli Assambleyasının sədri ilə görüşüb

SOCAR-ın prezidenti Zimbabve Respublikası Milli Assambleyasının sədri ilə görüşüb


Bu gün, 16:17. Yazar: azer
SOCAR-ın prezidenti Zimbabve Respublikası Milli Assambleyasının sədri ilə görüşüb

8 iyul 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdə Azərbaycanın enerji strategiyası, ölkəmizin təşəbbüsü ilə icra olunan qlobal əhəmiyyətli enerji layihələri barədə məlumat verilib. Sabitlik və dayanıqlı inkişafın uğurla təmin edildiyi Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış əlverişli investisiya mühitindən bəhs olunub.

Söhbət zamanı milli neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə çevrilməkdə olan SOCAR-ın enerji sektorunda müxtəlif istiqamətlər üzrə fəaliyyəti, Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat təqdim edilib.
Görüşdə SOCAR-ın yaşıl gündəliyindən, o cümlədən tərəfdaşlarla birgə həyata keçirilən bərpaolunan enerji layihələrindən, dekarbonizasiya hədəflərindən danışılıb. Bununla yanaşı, fəaliyyətində rəqəmsallaşmaya xüsusi önəm verən şirkətin data mərkəzlərinin yaradılması və süni intellekt sahəsi ilə bağlı yeni layihələrə investisiya yatırdığı bildirilib. Bu xüsusda, SOCAR-ın üç müəssisəsinin  Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” mükafatına layiq görüldüyü diqqətə çatdırılıb.

Söhbət zamanı tərəflər enerji sektorunun müxtəlif istiqamətlərinə dair əməkdaşlıq imkanlarına, təcrübə mübadilələrinin aparılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.


Geri dön