Ana Sayfa > Özəl > Dünya artıq nə müharibə, nə də sülh dövründədir
Dünya artıq nə müharibə, nə də sülh dövründədirBu gün, 21:00. Yazar: vasif |
![]() Araşdırmaçı jurnalist Eynulla Fətullayev Yaxın Şərqdə son hadisələr fonunda beynəlxalq münasibətlər sistemində formalaşan yeni geosiyasi reallığı təhlil edib. Onun fikrincə, dünya artıq klassik müharibə və sülh anlayışlarının sərhədlərini aşan yeni mərhələyə qədəm qoyub. Fətullayev qeyd edir ki, İranın Hörmüz boğazında tankerləri hədəfə alması, ABŞ-ın cavab zərbələri endirməsi və SEPAH-ın bölgədəki ABŞ obyektlərinə hücum etdiyini açıqlaması ənənəvi münaqişə modelindən fərqli mənzərə yaradır. Jurnalistin fikrincə, müasir geosiyasi reallıqda tərəflər eyni vaxtda həm hərbi əməliyyatlar aparır, həm diplomatik danışıqlar masasında əyləşir, həm də yeni razılaşmalar üzərində işləyirlər. Bu isə "müharibə" və "sülh" anlayışları arasındakı sərhədləri demək olar ki, aradan qaldırır. O, nümunə kimi İranla Qətər arasındakı ziddiyyətli vəziyyəti göstərir. Bir tərəfdən Doha Tehranla diplomatik vasitəçilik missiyası həyata keçirir, digər tərəfdən bölgədə hərbi gərginlik davam edir. ABŞ da paralel şəkildə həm İrana qarşı hərbi addımlar atır, həm də nüvə proqramı üzrə danışıqların davam etdirilməsində maraqlı olduğunu nümayiş etdirir. Fətullayev hesab edir ki, dünya hazırda "idarəolunan qeyri-sabitlik" mərhələsində yaşayır. Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə əvvəlki hüquqi və siyasi qaydalar zəifləyir, dövlətlər isə öz maraqlarını əsas götürərək fərqli davranış modelləri formalaşdırırlar. Araşdırmaçı jurnalistin fikrincə, ən ciddi təhlükə insanların bu davamlı gərginliyi adi həyatın tərkib hissəsi kimi qəbul etməyə başlamasıdır. O hesab edir ki, məhz bu "yeni normallıq" gələcək beynəlxalq münasibətlər üçün ən ciddi çağırışlardan birinə çevrilə bilər. Geri dön |