Ana Sayfa > Özəl > Trampdan İspaniyaya sərt mesaj: "Əlaqələri kəsməyə hazırıq"

Trampdan İspaniyaya sərt mesaj: "Əlaqələri kəsməyə hazırıq"


Bu gün, 20:12. Yazar: vasif

Trampdan İspaniyaya sərt mesaj: "Əlaqələri kəsməyə hazırıq"



ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqləri arasında İspaniyanı sərt tənqid edərək, Vaşinqtonun bu ölkə ilə münasibətlərinə yenidən baxa biləcəyini bildirib.

Tramp çıxışı zamanı Qrenlandiya və İran məsələlərində NATO-nun mövqeyindən narazı olduğunu vurğulayıb və xüsusilə İspaniyanın son dövrlərdəki siyasətini kəskin tənqid edib.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton bütün öhdəliklərini yerinə yetirdiyi halda, bəzi müttəfiqlər eyni məsuliyyəti bölüşmür.

“İspaniya çox pis tərəfdaşdır. Onlarla münasibətləri davam etdirmək istəmirik. Biz hər şeyi edirik, amma digər ölkələr eyni addımları atmır”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, yaxın vaxtlarda tərəflər arasında mövcud məsələlərin müzakirəsi üçün mühüm görüş keçiriləcək.

Geri dön