Ana Sayfa > Özəl > ABŞ zərbələrindən sonra Pezeşkian təcili Tehrana qayıtdı

ABŞ zərbələrindən sonra Pezeşkian təcili Tehrana qayıtdı


Bu gün, 11:30. Yazar: vasif
ABŞ zərbələrindən sonra Pezeşkian təcili Tehrana qayıtdı



İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın İran ərazisinə endirdiyi zərbələrdən sonra xarici səfərini yarımçıq dayandıraraq təcili şəkildə Tehrana qayıdıb.

Məlumata görə, Pezeşkian İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimlərində iştirak etmək məqsədilə İraqın Nəcəf şəhərində səfərdə olarkən ABŞ-ın həyata keçirdiyi hücumlar səbəbindən ölkəsinə dönmək qərarı verib.

İran dövlət televiziyasının yaydığı məlumata əsasən, zərbələr nəticəsində Bəndər Abbas, Sirik liman şəhərləri və Hörmüz boğazında yerləşən Qeşm adasında güclü partlayışlar baş verib.

Bildirilir ki, hücumlar zamanı Sirikdəki ticarət limanı, Ziarat kəndində yerləşən balıqçılıq limanı və Bəndər Abbasdakı mülki balıqçı qayıqları da zərər görüb. İran mediası Sirik şəhərində körpüyə endirilən zərbə nəticəsində bir neçə nəfərin yaralandığını açıqlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ hücumlarına cavab olaraq bölgədəki ABŞ-a məxsus 85 hədəfə zərbələr endirdiyini bəyan edib.

Geri dön