Ana Sayfa > Ölkə > Həkəri çayında batan şəxsin axtarışları davam etdirilir -
Həkəri çayında batan şəxsin axtarışları davam etdirilir -Bu gün, 11:32. Yazar: Subhan |
![]() 4 iyul 2027-ci il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal edilən 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun axtarışları davam etdirilir. aia.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir. Əlavə məlumat veriləcək. aia.az Geri dön |