Ana Sayfa > Özəl > Vaşinqtonun yeni mesajı: ABŞ İranla razılaşma masasını tərk etmir
Vaşinqtonun yeni mesajı: ABŞ İranla razılaşma masasını tərk etmirBu gün, 10:05. Yazar: vasif |
![]() ABŞ administrasiyası son hərbi gərginliyə baxmayaraq, İranla yekun razılaşmanın əldə olunması üçün diplomatik danışıqları davam etdirmək niyyətindədir. Bu barədə The Wall Street Journal (WSJ) qəzetinə danışan məlumatlı mənbə ABŞ-ın İrana endirdiyi zərbələrdən sonra bildirib. Mənbənin sözlərinə görə, Vaşinqton İranın Hörmüz boğazında atdığı addımları qəbuledilməz hesab edir və bu fəaliyyətlərin sərt cavab tələb etdiyini düşünür. Bununla yanaşı, amerikalı rəsmi vurğulayıb ki, ABŞ hərbi gərginliyin fonunda belə, Tehranla yekun razılaşmanın əldə olunması məqsədilə diplomatik təmasları davam etdirməkdə maraqlıdır. Geri dön |