Ana Sayfa > Özəl > Ukraynanın gecə əməliyyatı: Rusiyada iki NEZ və hərbi aerodrom hədəfə alındı
Ukraynanın gecə əməliyyatı: Rusiyada iki NEZ və hərbi aerodrom hədəfə alındıBu gün, 10:15. Yazar: vasif |
![]() Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiya ərazisində yerləşən bir neçə strateji obyektə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Məlumata görə, hücumların əsas hədəfləri Tatarıstandakı Nijnekamsk Neft Emalı Zavodu, Saratov Neft Emalı Zavodu və Voronej vilayətində yerləşən Borisoqlebsk hərbi aerodromu olub. Bildirilib ki, Borisoqlebsk aerodromunda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-34 və Su-30 tipli döyüş təyyarələri yerləşdirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə hər üç obyektdə güclü yanğınların baş verdiyi iddia olunur. Hücumların nəticələri və dəyən ziyanın miqyası ilə bağlı isə hələlik rəsmi təsdiqlənmiş məlumat açıqlanmayıb. Geri dön |