Ana Sayfa > Özəl > Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq planı: Müxalifət yeni mərhələyə keçir
Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq planı: Müxalifət yeni mərhələyə keçirBu gün, 18:16. Yazar: vasif |
![]() Ermənistanda parlament seçkilərindən sonra siyasi qarşıdurma daha da dərinləşir. Seçkilərin nəticələrini qəbul etməyən müxalif qüvvələr parlament mandatlarını qəbul etsələr də, bunu hakimiyyəti legitim saydıqları üçün deyil, siyasi mübarizəni həm parlamentdə, həm də küçələrdə davam etdirmək məqsədi ilə etdiklərini bildirirlər. Erməni mediasının məlumatına görə, əsas müxalif qüvvələr vahid koordinasiya mərkəzinin yaradılması istiqamətində danışıqlar aparır və ölkə üzrə genişmiqyaslı etiraz aksiyalarına hazırlaşır. Onlar seçki prosesində pozuntuların baş verdiyini iddia edir, hakimiyyət isə bu ittihamları rədd edərək seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirir. Müxalifət nümayəndələri parlament tribunasını siyasi mübarizənin bir hissəsi kimi qiymətləndirir və küçə etirazlarının da paralel şəkildə davam etdiriləcəyini açıqlayırlar. Həbsdə olan bəzi müxalif liderlər isə ölkədə "konstitusion böhran" yaşandığını iddia edərək tərəfdarlarını fəal mübarizəyə çağırırlar. Bununla yanaşı, müxalif düşərgə iqtisadi problemlərlə bağlı da vahid fəaliyyət planı hazırlayır. Onların fikrincə, qarşıdakı dövrdə həm parlament daxilində, həm də küçələrdə koordinasiyalı siyasi mübarizə aparılacaq. Son günlər İrəvanda hakimiyyət dəyişikliyinin yalnız sərt etirazlar yolu ilə mümkün ola biləcəyinə dair çağırışların artması isə ölkədə siyasi gərginliyin yeni mərhələyə keçə biləcəyini göstərir. Geri dön |