Ana Sayfa > Ölkə > Şüvəlanda dənizdən gəncin meyiti tapıldı

Şüvəlanda dənizdən gəncin meyiti tapıldı


Bu gün, 10:08. Yazar: Subhan
Şüvəlanda dənizdən gəncin meyiti tapıldı

7 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.

aia.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Adıgözəl Ehtibar oğlu Mustafayevin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

aia.az
Geri dön