Ana Sayfa > İdman > DÇ-2026:
DÇ-2026:Bu gün, 09:00. Yazar: Subhan |
![]() ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. aia.az xəbər verir ki, İsveçrə millisi Kolumbiya ilə üz-üzə gəlib. "BC Place" stadionunda keçirilən 1/8 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 0:0. Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:3) İsveçrə 1/4 finala yüksəlib. Komandanın bu raunddakı rəqibi Argentina seçməsi olacaq. Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya, Belçika və Argentina milli komandaları 1/4 finala vəsiqə qazanıblar. Mundiala iyulun 19-da yekun vurulacaq. aia.az Geri dön |