Ana Sayfa > Təhsil > UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib
UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilibBu gün, 20:00. Yazar: azer |
![]() Beynəlxalq Muğam Mərkəzində University Foundation Courses (UFC) Təhsil Mərkəzinin 12-ci məzun buraxılışına həsr olunmuş təntənəli məzun gecəsi keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, məktəb direktorları, diplomatik korpusun nümayəndələri, eləcə də məzunlar və onların valideynləri iştirak ediblər. Mərasimin fəxri qonaqları sırasında ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland Krallığı, Macarıstan, Çexiya, Mərakeş, Meksika, Kolumbiya, Yunanıstan, Qırğızıstan və Çinin Azərbaycandakı səfirləri və səfirlik nümayəndələri yer alıblar. Tədbirdə çıxış edən UFC-nin təsisçisi və direktoru, fəlsəfə doktoru Reyhan Hüseynova bildirib ki, son 12 il ərzində UFC yüzlərlə gəncin dünyanın nüfuzlu universitetlərinə qəbul olunmasına və beynəlxalq akademik mühitə uğurlu inteqrasiyasına töhfə verib. Onun sözlərinə görə, UFC yalnız xaricdə təhsilə hazırlıq mərkəzi deyil, eyni zamanda gənclərin analitik düşüncə, tədqiqat, ünsiyyət və liderlik bacarıqlarını inkişaf etdirən beynəlxalq təhsil mərkəzidir. "Biz hər bir məzunumuzun uğurunu Azərbaycanın uğuru kimi qiymətləndiririk. Məqsədimiz gəncləri sadəcə universitetə qəbul etdirmək deyil, onların qlobal dünyada rəqabət apara bilən, bilikli və məsuliyyətli mütəxəssislər kimi formalaşmasına dəstək olmaqdır", – deyə Reyhan xanım Hüseynova vurğulayıb. Çıxış zamanı Azərbaycanda təhsil və elm sahəsinə göstərilən dövlət qayğısının gənclər üçün yeni imkanlar yaratdığı, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi qeyd olunub. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına və gənclərin hərtərəfli yetişməsinə verdiyi töhfə xüsusi vurğulanıb. Bu gün qürurla demək olar ki, UFC Azərbaycan Respublikası üçün yüksək ixtisaslı insan kapitalının yetişdirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Mərkəz beynəlxalq standartlara əsaslanan təhsil modeli, peşəkar akademik heyəti və geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi vasitəsilə gənclərin dünyanın aparıcı universitetlərinə qəbul olunmasına, onların müasir dövrün tələblərinə cavab verən, rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına mühüm töhfə verir. Qeyd olunub ki, UFC Azərbaycanda Böyük Britaniyanın British Foundation proqramını həyata keçirmək üçün akkreditasiya və lisenziya almış ilk təhsil mərkəzidir. Bildirilib ki, mərkəz fəaliyyətini davamlı olaraq genişləndirərək bu gün Böyük Britaniya, Fransa və Almaniya departamentləri ilə yanaşı, Asiya Departamentini də istifadəyə verib. Yeni departament çərçivəsində tələbələr Yaponiya, Çin və Cənubi Koreyanın aparıcı universitetlərinə qəbul üçün beynəlxalq standartlara uyğun hazırlıq keçəcəklər. Bu addım UFC-nin qlobal təhsil imkanlarını daha da genişləndirərək tələbələrə dünyanın müxtəlif ölkələrində ali təhsil almaq üçün yeni perspektivlər təqdim edir. Tədbirdə çıxış edən qonaqlar UFC-nin beynəlxalq əməkdaşlıq əlaqələrini, təhsil sahəsində qazandığı uğurları və məzunlarının nailiyyətlərini yüksək qiymətləndirərək, gənclərə gələcək həyat və karyeralarında uğurlar arzulayıblar. Mərasimin ən yaddaqalan hissəsi məzunlara diplomların təqdim olunması olub. 2026-ci il buraxılışının məzunları Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Niderland, İtaliya, İspaniya, Belçika, Macarıstan, Çexiya, Litva, Birləşmiş Ərəb Əmirlikləri və Çinin aparıcı ali təhsil müəssisələrinə qəbul olublar. Bu ali təhsil müəssisələri sırasında King's College London, University of Glasgow, Queen Mary University, University of Southampton, University of Surrey, University of York, Newcastle University, New York University, Harvard University, Berkeley University, American University Washington, Emory University, Sorbonne Nouvelle University, KU Leuven, Vrije Universiteit Brussel, Charles University, Prague University of Economics and Business, Brno University of Technology, Masaryk University, Sapienza University of Rome, University of Turin, University of Milan, University of Amsterdam, Erasmus University Rotterdam, IE University Madrid, ESADE University, ADA University, Southwest University, Institut Barcelona d’Estudis Internacionals, Universitat Pompeu Fabra Barcelona, Ningbo University, Tallinn University of Technology, Guangdong University of Finance and Economics və digər nüfuzlu universitetlər yer alır. On iki il ərzində formalaşdırdığı beynəlxalq təhsil modeli ilə UFC bu gün də Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərinə gedən yolunda etibarlı tərəfdaş olaraq fəaliyyətini davam etdirir. Geri dön |