Ana Sayfa > Özəl > Yanacaq almağa çağırış etdi, az sonra özü yolda qaldı
Yanacaq almağa çağırış etdi, az sonra özü yolda qaldıBu gün, 19:44. Yazar: vasif |
![]() Rusiyanın Voloqda vilayətinin qubernatoru Georgi Filimonov yanacaq qıtlığı fonunda etdiyi çağırışdan qısa müddət sonra özü də benzin çatışmazlığı ilə üzləşib. Filimonov sosial media hesabında paylaşdığı müraciətdə sakinləri təşvişə düşməməyə və ehtiyacdan artıq yanacaq almamağa çağıraraq süni tələbat yaradılmamasını xahiş edib. Lakin bundan təxminən bir saat sonra qubernator yeni açıqlama yayıb və avtomobilinin Voloqda şəhərinin dairəvi magistral yolunda yanacağının tam tükəndiyini bildirib. Onun sözlərinə görə, xidməti avtomobili hərəkətsiz qaldıqdan sonra başqa bir avtomobillə yoluna davam edib. Daha sonra isə yol polisi əməkdaşlarının köməyi ilə mənzil başına çatdırılıb. Qubernator bu hadisənin ölkədə yaranmış vəziyyətin hər kəsə təsir etdiyini göstərdiyini bildirib. Qeyd edək ki, Rusiyanın müxtəlif bölgələrində son aylarda yanacaq təminatı ilə bağlı problemlərin artdığı bildirilir. Yerli mənbələr yanacaq çatışmazlığını neft emalı müəssisələrinin fəaliyyətində yaranan çətinliklər və logistika problemləri ilə əlaqələndirirlər. Bu fonda bəzi regionlarda yanacaq satışına məhdudiyyətlər tətbiq olunduğu, aşağı keyfiyyətli benzin istehsalına isə müvəqqəti icazə verildiyi açıqlanıb. Geri dön |