Ana Sayfa > Özəl > İspaniya Baş nazirinin həyat yoldaşının Türkiyə səfərinə məhkəmə qadağası
İspaniya Baş nazirinin həyat yoldaşının Türkiyə səfərinə məhkəmə qadağasıBu gün, 12:00. Yazar: vasif |
![]() İspaniyada məhkəmə Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqona Qomezin NATO-nun Ankara sammiti çərçivəsində Türkiyəyə səfər etməsinə icazə verməyib. Qərar ölkədə siyasi müzakirələrə səbəb olub. Məlumata görə, Beqona Qomezin pasportu davam edən cinayət işi çərçivəsində məhkəmənin qərarı ilə müsadirə edildiyi üçün onun xarici səfərləri yalnız xüsusi məhkəmə icazəsi əsasında mümkündür. İspaniya hökuməti qərarı tənqid edərək onu anlaşılmaz adlandırıb. Rəsmi Madrid bildirir ki, məhkəmə Beqona Qomezin qızının məzuniyyət mərasimində iştirak etmək üçün Böyük Britaniyaya getməsinə icazə verdiyi halda, NATO sammiti üçün Ankaraya səfərinə razılıq verməyib. Məhkəmə isə qərarını Türkiyənin Avropa İttifaqının məhkəmə-hüquq əməkdaşlığı mexanizmlərinə daxil olmaması və Ankara səfərinin yalnız protokol xarakteri daşıması ilə əsaslandırıb. Beqona Qomez hazırda nüfuzdan sui-istifadə, biznes korrupsiyası, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları üzrə istintaq altındadır. Bu səbəbdən onun ölkədən çıxışı məhkəmənin xüsusi qərarından asılıdır. Qeyd edək ki, Beqona Qomez NATO sammitinə üzv dövlət liderlərinin həyat yoldaşları ilə birlikdə rəsmi şəkildə dəvət olunmuşdu. Lakin məhkəmənin qərarından sonra o, Baş nazir Pedro Sançesi Ankara səfərində müşayiət edə bilməyəcək. Geri dön |