Ana Sayfa > Ölkə > Mərdəkanda daha bir yeniyetmə dənizdə batdı
Mərdəkanda daha bir yeniyetmə dənizdə batdıBu gün, 13:08. Yazar: Subhan |
![]() Dünən axşam FHN-in "112" qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. aia.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb. Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək. aia.az Geri dön |