Ana Sayfa > İdman > Belçika ABŞ-ni darmadağın edərək 1/4 finala yüksəldi
Belçika ABŞ-ni darmadağın edərək 1/4 finala yüksəldiBu gün, 09:50. Yazar: Subhan |
![]() ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi 2026-cı il futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin növbəti qarşılaşması baş tutub. aia.az xəbər verir ki, Sietl stadionunda keçirilən oyunda Belçika millisi ABŞ yığması ilə üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Belçikanın heyətində Şarl de Ketelare 9 və 33-cü dəqiqələrdə dubl edib. Daha sonra Hans Vanaken 57-ci dəqiqədə fərqlənib. Oyunda son nöqtəni isə əlavə olunmuş vaxtda Romelu Lukaku qoyub. ABŞ millisinin yeganə qolunu isə 31-ci dəqiqədə Malik Tillman vurub. Bu nəticə ilə Belçika dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda növbəti raundda İspaniya millisi ilə qarşılaşacaq. Qeyd edək ki, bundan əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç və İspaniya yığmaları da 1/4 finala yüksəlmişdilər. Dünya çempionatına iyulun 19-da yekun vurulacaq. aia.az Geri dön |