Ana Sayfa > Ölkə > Leyla Əliyeva uşaqlarla ağac əkdi - Fotolar
Leyla Əliyeva uşaqlarla ağac əkdi - FotolarBu gün, 18:45. Yazar: vasif |
![]() Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunun Çuxur-Qəbələ kəndində yerləşən Qəbələ Arxeoloji Mərkəzinin parkında Qəbələnin Vəndam qəsəbəsindən olan rəssam Yəhya Cəlilovun ilk fərdi sərgisinin açılışında iştirak edib. Sərgidə rəssamın 38 əsəri nümayiş olunub. “aia.az” AZƏRTAC-a istinadən xəbər verir ki, sonra Qəbələ Arxeoloji Mərkəzinin yaxınlığında yerləşən parkda İctimai Birliyin təşəbbüsü əsasında ağacəkmə aksiyası keçirilib. Aksiyada Qəbələ və Bakıdan olmaqla, ümumilikdə 32 uşaq iştirak edib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri dön |