Ana Sayfa > Özəl > Paşinyanın Bakıya mesajı: Sülh yolunda yeni mərhələ, Moskva isə narahatdır

Paşinyanın Bakıya mesajı: Sülh yolunda yeni mərhələ, Moskva isə narahatdır


Bu gün, 19:44. Yazar: vasif
Paşinyanın Bakıya mesajı: Sülh yolunda yeni mərhələ, Moskva isə narahatdır




Ermənistanda parlament seçkilərinin rəsmi nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsi ilə ölkədə yeni siyasi mərhələ başlayıb. Müxalifətin etirazlarına baxmayaraq, seçkinin nəticələri qüvvədə saxlanılıb və bununla da hakimiyyətin legitimliyi hüquqi baxımdan təsdiq edilib.

Seçkidən sonra diqqət çəkən əsas hadisələrdən biri Baş nazir Nikol Paşinyanın Rusiyaya səfəri olsa da, siyasi müşahidəçilər hesab edirlər ki, İrəvan eyni zamanda regionda sülh gündəmini də davam etdirmək niyyətindədir.

Paşinyan son çıxışlarında yeni Konstitusiyanın qəbulunun vacibliyini bir daha ön plana çəkərək bildirib ki, əsas qanun ölkə vətəndaşlarının iradəsini əks etdirməlidir. Bundan əvvəl o, yeni Konstitusiyada qonşu ölkələrə qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların yer almamasının vacibliyini də vurğulamışdı.

Ekspertlər hesab edirlər ki, Konstitusiya islahatları Azərbaycanla münasibətlərin normallaşması və sülh sazişinin yekunlaşdırılması baxımından mühüm mərhələ hesab olunur. Bu istiqamətdə atılacaq addımların regionda uzunmüddətli sabitliyə töhfə verə biləcəyi qeyd edilir.

Bununla yanaşı, müşahidəçilər bildirirlər ki, Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar regiondakı geosiyasi balansı dəyişdirə bilər. Bu proses Cənubi Qafqazda yeni iqtisadi və nəqliyyat imkanlarının yaranmasına şərait yarada bilər.

Analitiklərin fikrincə, qarşıdakı aylarda həm Ermənistanın daxili siyasi gündəmi, həm də Azərbaycan-Ermənistan münasibətlərində atılacaq addımlar regionun gələcək təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına mühüm təsir göstərəcək.

Geri dön