Ana Sayfa > Özəl > Tehranda vida mərasimi davam edir: Xameneyinin cənazəsi Mehrabad hava limanına aparılır
Tehranda vida mərasimi davam edir: Xameneyinin cənazəsi Mehrabad hava limanına aparılırBu gün, 11:30. Yazar: vasif |
![]() İranın paytaxtı Tehranda ölkənin ali lideri ayətullah Əli Xameneyi ilə keçirilən vida mərasimləri davam edir. Şəhərin müxtəlif küçələrində toplaşan çoxsaylı insanlar matəm yürüşünə qatılaraq son ehtiramlarını bildirirlər. İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, Əli Xameneyinin və onunla birlikdə həlak olan ailə üzvlərinin cənazələri xüsusi hazırlanmış açıq platformada Mehrabad beynəlxalq hava limanına doğru aparılır. Məlumata əsasən, cənazələrin ölkənin digər şəhərlərində keçiriləcək vida mərasimlərinə çatdırılması planlaşdırılır. Marşrut boyunca minlərlə insan korteji müşayiət edərək mərasimdə iştirak edir. Təhlükəsizliyin təmin olunması məqsədilə Tehranın mərkəzi küçələrində genişmiqyaslı tədbirlər görülüb. Mehrabad hava limanı istiqamətində yerləşən əsas prospektlərdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb, polis və təhlükəsizlik qüvvələri ərazidə gücləndirilmiş rejimdə xidmət aparır. Geri dön |