Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Azərbaycana ilk qar yağdı
Azərbaycana ilk qar yağdı5-10-2015, 14:35. Yazar: admin |
Azərbaycanın Quba rayonunun Xınalıq kəndində dağlara qar yağıb Aia.az xəbər verir ki, bu barədə APA-ya kənd sakinləri məlumat verib. Bu gün səhər saatlarından başlayaraq, dağlar ağ rəngə boyanıb. Təxminən 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə qar yağıb. Fotonu Kənd sakini Rüstəm Məlikov təqdim edib. Quba Regional Hidrometeorologiya Mərkəzindən isə verilən məlumata görə, müşahidə məntəqələrinin olduğu ərazilərin heç birində qar yağması faktı qeydə alınmayıb. Geri dön |